Qarabağ erməniləri Bakıya gəlir? - “ 100% əminəm...”

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri Bakıya gəlir? - “ 100% əminəm...”

Rəsmi

13 Mart 2023 12:57 18204


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilən məlumatda görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Analitiklər hesab edir ki, məlum görüşlərin növbəti perspektivdə intensivləşməsi Qarabağ ermənilərinin Azərbaycan yurisdiksiyası altına keçməsi üçün mühüm bir addım ola bilər.  pizza mizza

Müstəqil politoloq Zərdüşt Əlizadə isə Yenisabah.az-la söhbətində söyləyib ki, o, Qarabağın erməni icmasının bu təklifə müsbət rəy verəcəyinə inanır:

“Mən 100% əminəm ki, əvvəl-axır Qarabağ erməniləri Azərbaycanda qalacaqlar və Azərbaycan vətəndaşları olacaqlar. O da baxır hansı hüquqlarla. Bu hüquqların müəyyənləşməsi üçün də danışıqlar gedir. Məlum danışıqlar, əlbəttə ki, paytaxt Bakı, yaxud Xankəndidə də gedə bilər. Əsas odur ki, istək olsun və tərəflər qarşılıqlı güzəştlərə gedə bilsinlər. Biz ədavəti geridə qoyub barışığa doğru getməliyik. Barışıq isə tərəflərin əzmindən asılıdır”. 

“O ki qaldı görüş ərəfəsində törədilə biləcək təxribatlara, bu, əsasən, Qarabağ ermənilərindən asılı olan bir şey deyil. Əksinə, bu, münaqişəni törədən, onu idarə edən və nəzarətdə saxlayan Fransa və Rusiyadan asılıdır. Onlar bu təxribatları edə bilərlər”, - Z.Əlizadə bəyan edib.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!