Qarabağ erməniləri Paşinyana qarşı - Etiraz aksiyası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri Paşinyana qarşı - Etiraz aksiyası keçiriləcək

Rəsmi

13 Oktyabr 2023 17:08 524


Qarabağ erməniləri oktyabr-dekabr aylarını nəzərdə tutan və Ermənistan hakimiyyəti tərəfindən kəsilən sosial müavinətlərin ödənilməsini tələb etmək üçün bu gün etiraz aksiyası təşkil edəcəklər.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, aksiya iştirakçıları saat 17:00-da hökumətin binası qarşısında toplaşacaqlar.

Onlar qondarma “Artsax”ın “dövlət büdcəsi” hesabına formalaşan sosial müavinətlərin təcili şəkildə ödənilməsini Paşinyan hökumətindən tələb edəcəklər.  Dördpendirli pizza

Xatırladaq ki, 1 yanvar 2024-cü ildə özünü buraxacaq separatçı qurumun “dövlət büdcəsi”ndə qalan 3,1 milyard dramın (7,6 milyon dollar) ödənilməməsi məsələsi son günlər sosial şəbəkələrin erməni seqmentində rezonans doğurub. 

İddialara görə, separatçıların “lider”i Samvel Şahramanyanın İrəvanda keçirdiyi müşavirə Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasındakı münasibətləri daha da gərginləşdirib. S. Şahramanyanın “Artsax” üçün mübarizə aparacağıq” açılqamalarının Paşinyan hökumətinin siyasi düsturuna zidd olduğunu söyləyən bəzi analitiklər məhz bundan sonra hakimiyyətin sıravi Qarabağ erməniləri üçün nəzərdə tutulan sosial müavinətlərin kəsilməsi qərarına gəldiyini qeyd ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!