Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Siyasət

07 Dekabr 2025 21:24 8253


Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evlə təmin olunması qaydalarında dəyişiklik edib. 

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Qarabağdan köçən ailələrin mənzillə təmin olunmasına dövlət yardımı proqramı çərçivəsində arayış almaq üçün ərizə blankında məcburi ailə tərkibinə dəyişiklik edilib.  pizza mizza

Məlumata görə, artıq 18 yaşına çatmış və ərizə ilə müraciət etmiş şəxslər birmənalı şəkildə ayrı ailə üzvü kimi qəbul olunmayacaq. Eyni ailənin tərkibində qəbul ediləcəklər.

Qeyd edək ki, son zamanlarda Qarabağ erməniləri üçün nəzərdə tutulan sosial paketlərin həyata keçirilməsi ilə bağlı narazılıqlar artıq. Hökumətin bəzi qayda və tələbləri tədricən sərtləşdirdiyi bildirilir. Məlumata görə, ölkə daxilində də sözügedən şəxslərə normal münasibət göstərilmir, həmçinin sosial ehtiyacları lazımi səviyyədə təmin olunmur. Hətta bəzilə təqiblərə məruz qaldıqlarını iddia edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!