Qarabağ ermənisini döyən generalla bağlı qərar verildi 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ ermənisini döyən generalla bağlı qərar verildi 

Maraqlı

15 Yanvar 2024 10:18 1000


İrəvan Məhkəməsi xuliqanlıqda təqsirləndirilən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb. 

Xaçatryana qarşı Ermənistan Cinayət Məcəlləsinin silahdan istifadə etməklə və ya ondan istifadə ilə hədələməklə törədilən xuliqanlıq maddəsi ilə ictimai cinayət işi başlanıb.  pizza sifarişi

Xaçatryan yanvarın 11-də Kotayk vilayətinin Aramus kəndindəki restoranda bir nəfərin əlindən xəsarət alması ilə nəticələnən mübahisə və ardınca atışma ilə bağlı cinayət işi üzrə saxlanılıb. Bu şəxs Qarabağ ermənisidir. 

Xəsarət alan şəxs zərərçəkmiş şəxs qismində tanınıb və müvafiq cinayət işi üzrə istintaq çərçivəsində dindirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!