“Qarabağ” - FKSB oyununa nə qədər bilet satılıb?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - FKSB oyununa nə qədər bilet satılıb?

İdman

22 Yanvar 2025 18:18 821


Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Bakıda keçiriləcək "Qarabağ" - FKSB (Rumıniya) oyununa biletlərin satışı davam edir.

Yenisabah.az xəbər verir ki, 31 min biletdən 15 minə yaxını artıq satılıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. Dördpendirli pizza

VIP sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən (onlayn satış), "Qarabağ" FK-nın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - FCSB oyunu sabah saat 21:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!