Azərbaycan Premyer Liqasının 11-ci turunun rəmzi komandası açıqlanıb.
“Yeni Sabah” PFL-in saytına istinadən xəbər verir ki, "InStat" şirkətinin təhlilinə əsasən, rəmzi komandada "Qəbələ"dən 8, "Keşlə", "Neftçi" və "Sumqayıt"dan isə 1 futbolçu yer alıb.
Qapıçı: Anar Nəzirov – 250 (“Qəbələ”) Marqarita pizza
Müdafiəçilər: Yusif Nəbiyev - 257 (“Qəbələ”), Anton Krivotsyuk – 282 (“Neftçi”)-2, Franko Flores - 278 (“Keşlə”)-4, Qismət Alıyev - 245 (“Qəbələ”)-2
Yarımmüdafiəçilər: Ülvi İsgəndərov – 247 (“Qəbələ”), Merab Qiqauri - 319 (“Qəbələ”)-3, Fernan Lopez - 308 (“Qəbələ”)-2, Roman Hüseynov – 250 (“Qəbələ”)
Hücumçular: Davit Volkov - 313 (“Qəbələ”)-3, Əmir Ağayev - 309 (“Sumqayıt”)-2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayını göstərir. Maraq üçün onu da əlavə edək ki, ilk dəfədir ki, "Qarabağ"dan heç bir futbolçu rəmzi komandaya düşməyib.

Telegram kanalımız