“Qarabağ” ilk transferini reallaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” ilk transferini reallaşdırdı

İdman

16 İyun 2025 23:58 576


“Qarabağ” yay fasiləsi dönəmində ilk transferini reallaşdırıb.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu dəyəri 700 min avro qiymətləndirilən Pedro Biçalo ilə anlaşıb.

Braziliyalı dayaq yarımmüdafiəçisi artıq sabah ölkəmizə gələcək. Cənubi amerikalı tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq. Toyuqlu pizza

Vətənində yetirməsi olduğu “Palmeyras”a məxsus oyunçu 2022-ci ildə “Santa Klara”ya (Portuqaliya) icarəyə verilib.

6 aydan sonra geri qayıdıb və “Vitoriya”da çıxış edib. O, son iki mövsümü “Alverka”da keçirib.

İyunun 30-da icarə müqaviləsi bitdiyi üçün “Palmeyras”a qayıdan 24 yaşlı “sambaçı“ Portuqaliyanın ikinci liqasında 33 oyuna çıxıb (21-i start heyətdə), 2 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!