“Qarabağ“ italiyalı hücumçuya təklif göndərdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ italiyalı hücumçuya təklif göndərdi

İdman

04 Avqust 2022 17:06 1202


"Qarabağ" italiyalı futbolçu Manuel Puççarelliyə təklif göndərib.

"Report"un məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Bildirilib ki, Azərbaycan çempionu ilə yanaşı, Rumıniyanın ÇFR klubu da 31 yaşlı hücumçunu transfer etmək istəyir. pizza mizza

Ötən ay Avstraliyanın "Melburn Siti" komandası ilə müqaviləsini pozan təcrübəli oyunçu hazırda azad agentdir.

Qeyd edək ki, ölkəsində "Empoli"nin yetirməsi olan Manuel Puççarelli "Qavorrano", "Kyevo", "Peskara" klublarında, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin "Dibba Əl-Fucayra" komandasında da çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!