“Neftçi” “Sumqayıt”a uduzdu, “Qarabağ“ “Keşlə“ni məğlub etdi -   Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” “Sumqayıt”a uduzdu, “Qarabağ“ “Keşlə“ni məğlub etdi - Yenilənib

İdman

16 Dekabr 2019 19:17 961


Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Günün ilk oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə "Qarabağ" "Keşlə" ilə qarşılıb. Bu oyunda da 1 qol vurulub amma bu dəfə meydan sahibləri meydanı qalib kimi tərk ediblər. pizza sifarişi

Qeyd edək ki, ötən gün “Qəbələ” doğma meydanda “Sabah”a 3:0 hesabı ilə qalib gəlib, “Səbail” – “Zirə” matçında isə qapılara qol vurulmayıb. 1/4 finalın cavab görüşləri isə dekabrın 19-u və 20-də oynanılacaq.

Azərbaycan kuboku

1/4 final

16 dekabr (bazar ertəsi)

18:00. “Neftçi” – “Sumqayıt” - 0:1

Qol: Rəhim Sadıxov, 48

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf 

“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə” - 1:0 

Qol: İsmayıl İbrahimli, 53

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Tofiq Bəhramov adına Respublika Stadionu

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!