Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə statistik məlumatları açıqlayıb.
ANAMA-dan Yenisabah.az-a verilən məlumata görə, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 634 hektar ərazi mina və PHS-lardan təmizlənib. Sezar pizza
Noyabrın 10-dan avqustun 31-dək isə piyada əleyhinə 9 406, tank əleyhinə 4 092 mina və 10 529 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 45 755 242 m² (4575 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Telegram kanalımız