“Qarabağ” - “Neftçi” matçı qolsuz başa çatdı   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Neftçi” matçı qolsuz başa çatdı - Yenilənib

İdman

01 Noyabr 2019 19:02 1086


Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start verilib.

“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Neftçi” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. 

“Azərbaycan derbisi” adlanan bu komandaların görüşündə son 5 oyunda tərəflər 2 dəfə 1 xala sevinib, 2 dəfə “Qarabağ”, 1 dəfə isə “Neftçi” qalib gəlib. “Ağ-qaralar” Ağdam təmsilçisi ilə keçirdiyi son ev oyununda (keçən mövsümün son çempionat oyunu, 2:3) məğlub olub. “Köhlən atlar” son ev qarşılaşmasında bakılılara 2:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi 25 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır, paytaxt klubu isə 17 xalla ikincidir.  Dominos pizza

Bu gün isə matç qolsuz bərabərliklə bitib. Komandalar çox çalışsalar da, hesabı aça bilməyiblər. 

Qeyd edək ki, turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.

Azərbaycan Premyer Liqası

10-cu tur

1 noyabr (cümə)

20:00. “Neftçi” – “Qarabağ” - 0:0 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu

“Bakcell Arena”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!