“Qarabağ” onunla yollarını ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” onunla yollarını ayırdı

İdman

11 Fevral 2025 16:44 396


“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə komandamızda çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandamızın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub. pizza sifarişi

Riçard Almeydaya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!