“Qarabağ” rekordu təkrarladı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” rekordu təkrarladı

İdman

24 Fevral 2025 12:57 233


“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 60-cı qolu vurub.

Yenisabah.az xəbər verir ki, Qurbanovun komandası buna 24-cü turun “Sabah”la görüşündə (1:1) nail olub. 60-cı topa Abdullah Zubir imza atıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/04, 2021/22 və 2023/24 mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib. pizza sifarişi

Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!