“Qarabağ” reytinqdə məşhur klubları qabaqladı - UEFA-nın yeni siyahısı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” reytinqdə məşhur klubları qabaqladı - UEFA-nın yeni siyahısı

İdman

17 Dekabr 2019 11:40 1164


UEFA-nın 2019-cu il üçün klubların yekun reytinq cədvəli açıqlanıb.

"Yeni Sabah" qrumun rəsmi saytına istinadən xəbər verir ki, sıralamada Azərbaycandan ən yaxşı nəticə ötən ilki kimi "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi 21 min xalla 71-ci yerdə qərarlaşıb. 

Reytinq cədvəlində Qurban Qurbanovun komandasından geridə olan Avropa klubları arasında PAOK (Yunanıstan), “Hetafe”, “Espanyol”, “Betis”, “Real Sosyedad”, “Selta” (hamısı İspaniya), “Milan”, “Fiorentina” (hər ikisi İtaliya), “Başakşəhər" (Türkiyə), “Everton” (İngiltərə) kimi məşhur klublar da var. pizza

Cədvəldə ilk pillədə “Real” (Madrid, İspaniya) (134 min xal), ikinci yerdə “Barselona” (İspaniya) (123 min xal), üçüncü yerdə “Bavariya” (121 min xal) qərarlaşıb.

Qeyd edək ki, 421 komandanın aldığı siyahıda “Qəbələ” 145-ci, “Neftçi” 274-cü, “Səbail” 279-cu, “Keşlə” 281-ci, “Zirə” 282-ci, “Kəpəz” isə 283-cü yerdədirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!