“Qarabağ” riskli oyunlar sırasındakı matç üçün hansı tədbirlər görür?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” riskli oyunlar sırasındakı matç üçün hansı tədbirlər görür?

İdman

24 Oktyabr 2019 14:59 1119


Bildirdiyimiz kimi, bu gün keçiriləcək “Qarabağ” – APOEL matçının UEFA tərəfindən riskli oyunlar sırasına daxil edilməsi ilə bağlı Kipr mətbuatında məlumatlar yayılıb. 

Bəs bu qarşılaşmaya hazırlıqlar necə gedir? Təhlükəsizliklə bağlı əlavə tədbirlər görüləcəkmi?

Bu suallara cavab tapmaq üçün Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. N. İbrahimov “Yeni Sabah”a açıqlamasında qarşılaşmanın diqqətdə olduğunu bildirib: pizza sifarişi

“Xüsusi bir şey yoxdur. Beynəlxalq təhlükəsizlik standartları nədirsə, o da tətbiq olunacaq. Düzdür, diqqətli olmaq nəzərə alınb, amma əlavə, ekstra bir şey olmayacaq”. 

O, həmçinin xorvatiyalı yarımmüdafiəçiləri Filip Ozobiçdən başqa digər oyunçuların qarşılaşmaya hazır olduğunu da deyib:

“Zədəli futbolçu Ozobiçdir. Onun meydana çıxmayacağı dəqiqdir. Başqa zədəli yoxdur”.

Qeyd edək ki, klubun idman direktoru Əmrah Çelikel mətbuata açıqlamasında oyun üçün yüksək səviyyədə təhülkəsizlik tədbirlərinin görüləcəyini bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!