“Qarabağ” son 21 mövsümün rekordunu təkrarladı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” son 21 mövsümün rekordunu təkrarladı

İdman

19 Yanvar 2025 12:25 216


“Qarabağ” Misli Premyer Liqasının 2024/2025 mövsümündə 50 qol vuran ilk komanda olmaqla yanaşı, son 21 mövsümün rekordunu da təkrarlayıb.

Yenisabah.az xəbər verir ki, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib.

50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib. Toyuqlu pizza

50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Ağdam klubu 2 il əvvəl – 2022/2023 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.

Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatıb. Mütləq rekord 1996/1997 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!