“Qarabağ” üçün həlledici gün

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” üçün həlledici gün

İdman

20 Aprel 2025 10:31 285


Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.

“Yeni Sabah” xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək.

Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq. pizza sifarişi

Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.

Günün maraqla gözlənilən qarşılaşması Bakıda "Zirə" və "Sumqayıt" komandaları arasında oynanılacaq.

Çempionatın lideri "Qarabağ"dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan "qartallar" bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan "Sumqayıt" isə səkkizincidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!