Kipr mətbuatı oktyabrın 24-də Bakıda keçirilən “Qarabağ” – APOEL (2:2) matçı ilə bağlı daha bir qalmaqallı məlumat yayıb.
“Yeni Sabah” xəbər verir ki, mənbədə yazılanlara görə, Kipr təmsilçisinin Ağdam klubuna uduzsaydı, alman baş məşqçi Tomas Dollun son oyununu olacaqdı və o, istefaya göndəriləcəkdi:
“Tomas Doll bu qarşılaşmada iki aparıcı futbolçunun – Tomas de Visenti ilə Musa Əl-Tamarinin xidmətindən yararlana bilməyəcəkdi. Tomasla Musanın yoxluğunda səfər görüşündən 1 xalla qayıtmaq əla nəticədir. Doll demişkən, alman çalışdırıcı komandası məğlub olacağı təqdirdə tək APOEL-i yox, həmçinin, özünü də nəyin gözlədiyini yaxşı bilirdi. Rəhbərlik onu istefa ərizəsini yazmağa məcbur edəcəkdi. Çünki “Qarabağ”la növbəti qarşılaşmanın önəmi qalmayacaqdı. İndi isə hər şey ürəyincədir. Futbolçuları oyuna kökləməyi bacardı, taran tipli hücumçuları ehtiyatda saxladı, 3-5-2 sistemini yerində seçdi. İndiki durumdan o da məmnundur, futbolçular da, rəhbərlik də. Bircə qalır “Qarabağ”ı Kiprdə reallaşacaq qarşılaşmada məğlub etmək”. Pepperoni pizza
Qeyd edək ki, “Qarabağ” APOEL-lə səfər qarşılaşması noyabrın 7-də baş tutacaq.

Telegram kanalımız