Qarabağa silahlar İran vasitəsi ilə daşınır – Şok videolar

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa silahlar İran vasitəsi ilə daşınır – Şok videolar

Hadisə

30 Sentyabr 2020 12:02 3438


Sosial şəbəkələrdə İrandan Ermənistana silah daşınmasına dair videolar yayılır. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı nə Bakının, nə də Tehranın rəsmi açıqlaması yoxdur. 

Cəbhə bölgəsində gərginliyin yarandığı ilk gündən İrandan Ermənistana silah daşınması barədə məlumat yayılmışdı. İran parlamentinin daxili məsələlər üzrə komissiya sədrinin müavini Məhəmməd Həsən Asəfəri isə xəbəri təkzib etmişdi. “İranın Ermənistana silah göndərməsi barədə yayılan şayiələri qətiyyətlə təkzib edirik. Biz indiyə kimi bir münaqişə tərəflərinə “Kalaşnikov” avtomatı belə göndərməmişik. Xüsusən də Ermənistana silah göndərməkdən əsla söhbət gedə bilməz", - deyə İran parlamentinin nümayəndəsi bildirmişdi. Toyuqlu pizza

Lakin sosial şəbəkələrdə yayılan videolar İrandan Ermənistana silah daşınmasına şübhələri artırıb. Videolardan birində isə yük maşınlarının yandığı əks olunub. İddia olunur ki, yanan yük maşınları Ermənistana silah daşıyırmış. İranda yaşayn azərbaycanlılar isə buna etiraz olaraq həmin maşınları yandırıb. 

Azərbaycan müstəqillik əldə etdikdən İranla əlaqələr inkişaf edib. Azərbaycan-İran münasibətlərində İslam dininin də xüsusi rolu var. Hər iki ölkədə əhalinin mütləq əksəriyyətinin müsəlman olması Bakı və Tehran arasında münasibətlərin dostluq səviyyəsində olmasını şərtləndirir. 

Ona görə də İrandan Ermənistana silah daşınması Azərbaycanda təəssüflə qarşılanır. Bu fakt qonşuluq, dostluq siyasətinə və İslam həmrəyliyinə ziddir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!