Qarabağda 50 gündə 190 uşaq doğulub? - Ermənilər yalan üyüdür

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda 50 gündə 190 uşaq doğulub? - Ermənilər yalan üyüdür

Rəsmi

02 Fevral 2023 10:45 784


Azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiya müddətində - ötən il dekabrın 12-dən bu günə kimi Qarabağın ermənilər yaşayan bölgəsində 190 uşaq doğulub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Xankəndidəki separatçı rejimin nümayəndələri məlumat yayıblar. 

Qeyd edilib ki, dekabrın 12-dən bəri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə 58 xəstə Qarabağdan Ermənistana aparılıb və onlara lazımi tibbi yardım göstərilib.  pizza

Zəruri qeyd: Hazırda Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgədə təxminən 35-40 min erməni yaşayır. Üstəlik, onların əksəriyyəti yaşlı insanlardır. Bu isə onu deməyə əsas verir ki, dekabrın 12-ən bəri Qarabağda 190 uşağın doğulmasıyla bağlı xəbər növbəti erməni yalanıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!