“BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçov deyib.
Onun sözlərinə görə, sülhün bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir. Pepperoni pizza
İliçov qeyd edib ki, BMT-nin sülhməramlı missiyaları həmişə ev sahibi ölkələrin etimadını qazanmır: “Əsas məsələ sülhməramlı əməliyyata kimin icazə verməsində deyil, daha çox münaqişənin dayandırılması və nəticələrinin aradan qaldırılmasında hər iki tərəfin xoş niyyətinin olmasıdır”.
XİN rəsmisi əlavə edib ki, Rusiya sülhməramlılarının fəaliyyətini həm Bakı, həm də İrəvan dəstəkləyir: “Bu, mühüm əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının vəzifəsinin öhdəsindən gələ bilmədiyini və rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasında bölgəyə beynəlxalq sülhməramlı missiya göndərilməsi barədə məsələ qaldırmalı olduğunu bəyan etmişdi.
Telegram kanalımız