Qarabağda istefalar və İrəvandan gələn tələb

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda istefalar və İrəvandan gələn tələb

Rəsmi

17 Yanvar 2023 10:18 853


Qarabağdakı separatçı rejimin "milli təhlükəsizlik xidməti direktoru” Aşot Akopcanyan vəzifəsindən azad edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayaıb.

Erməni nəşri bu istefanı Ruben Vardanyan və Araik Arutyunyan arasında münasibətlərdə ziddiyyətlərlə əlaqələndirir: pizza hut

“Bununla da “Artsax prezidenti” Baş nazir Paşinyana sədaqətini ifadə etməyə və onu vəziyyətə tam nəzarət etdiyinə əmin etməyə çalışır. Məsələ ondadır ki, Aşot Akopcanyan Vardanyana yaxın bir adamdır. O, "MTX"-nin keçmiş direktoru, Vardanyanın müşaviri olan biznesmen Arman Akopcanyanın əmisi oğludur".

“Hraparak” onu da əlavə edib ki, Vardanyanın istefatələbi birbaşa İrəvandan gəlib: “Araik Arutyunyan Paşinyanın könlünü almağa və Vardanyanın başqa təsir alətlərindən də məhrum olacağına inandırmağa çalışır. Bundan savayı, “Artsax” MTX-nin yeni təyin olunmuş direktoru Arutyunyanın ən yaxın dostlarından biri “Çolka” ləqəbli general-mayor Ararat Melkumyandır”.

 

Xatırladaq ki, bundan əvvəl Melkumyan MTX-nin direktor müavini vəzifəsini tutub. O cümlədən, yeni təyinatlarda Samvel Şahramanyan “Artsax təhlükəsizlik şurası”nın katibi təyin edilib. O, 2018-2020-ci illərdə o “Artsax” “milli təhlükəsizlik xidməti”nin direktoru olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!