Son günlər erməni mənbələri Qarabağ separatçılarının liderləri arasında ziddiyyətlərin artdığını bildirirlər. Xüsusilə, “prezident” Arayik Arutyunyan və “dövlət naziri” Ruben Vardanyan tərəfdarları arasında.
Bir gün əvvəl isə vəziyyəti daha da çaşdıran və müşahidəçiləri çaşdıran daha bir hadisə baş verdi. Belə ki, Arayik Arutyunyan “konstitusiya islahatına” başladığını elan etdi. Təklif olunan “islahat” aşağıdakı redaksiyadadır: Qarabağın “prezidenti”nin seçilməsi hərbi vəziyyət dövründə “prezident” vəzifəsi boş qaldığı halda “parlament” tərəfindən həyata keçirilir.
Sırf erməni dilində tərtib olunmuş, bu aydın olmayan ifadədən belə nəticəyə gəlmək olar ki, Arayik Qarabağın növbəti liderinin seçilməsini parlamentin vicdanına buraxıb getmək istəyir. pizza
Maraqlıdır ki, bu təşəbbüs Arayik Arutyunyanın, sonra isə Ruben Vardanyanın Rusiyaya səfərindən sonra irəli sürülüb.
Arayikin “islahat” təşəbbüsü, Vitali Balsanyana qarşı cinayət işi ilə eyni vaxta düşdü. Son vaxtlara qədər sonuncu rəsmi Bakı ilə əsas danışıqlar aparanlardan biri idi.
Bir gün sonra isə Qarabağ ermənilərinin lideri roluna iddialarını heç vaxt gizlətməyən Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayan fəallaşıb.
Babayan verdiyi uzun-uzadı bəyanatında o, əslində Arayik Arutyunyanı islahatların ardıcıl olmamasında və ləngiməsində, zəif kadr siyasəti və idarəetmə tərzini pisləyib.
Eyni zamanda bütün məsuliyyətin birinci şəxsin üzərinə düşdüyü, qalanların isə heç nəyə cavabdeh olmadığı bir yerdə hakimiyyətdə gəlmək istəmədiyini bəyan edir.
Baş verənlərdən birmənalı nəticə çıxarmaq çətindir. Lakin Ruben Vardanyan danışandan sonra hadisələrin inkişaf perspektivlərini qiymətləndirmək mümkün olacaq. O, indiyədək Bakı ilə münasibətlər məsələsində radikal mövqe tutub.
Onun Moskvadan qayıtdıqdan sonra verəcəyi ilk müsahibə mövqeyinin dəyişib-dəyişmədiyi və gələcəkdə Qarabağın taleyi necə olacağı sualına işıq salmağa kömək edəcək.
Turan.az
Telegram kanalımız