İşğaldan azad olunmuş torpaqlarda külək, günəş və hidroenerji mənbələri yenidən öyrəniləcək və Qarabağda yaşıl enerji zonası yaradılacaq.
Yenisabah.az xəbər verir ki, Günəş enerjisi üçün əlverişli ərazilər Zəngilan, Füzuli və Cəbrayıl rayonlarıdır. Laçın və Kəlbəcərdə isə külək enerjisi üçün kifayət qədər təbii imkanlar var.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayevin sözlərinə görə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su elektrik stansiyalarının da qurulması və enerji əldə edilməsi üçün araşdırmalar aparılır. Hazırda həmin ərazilərdə kiçik su elektrik stansiyalarının invertarlaşdırılması və bərpa işləri görülür. pizza
O bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinə maraq böyükdür. Xüsusilə də xarici investorlar ölkəmizə yatırım etməyə maraqlıdırlar.
Birləşmiş Ərəb Əmirliyinin "Mastar" şirkəti ilə günəş enerjisi stansiyasının qurulması üçün hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.
Mövzu ilə bağli Xezerxeber.az-ın daha ətrafli videomateriali təqdim edirik:
Telegram kanalımız