Martın əvvəllərində Qarabağın erməni icması ilə Azərbaycan rəsmiləri arasında baş tutan məlum Xocalı görüşündən sonra buzların əriyəcəyinə ümid edilsə də, üç gün əvvəl baş verən təxribat düşmənin yenə də öz çirkin niyyətindən əl çəkmədiyini üzə çıxardı.
Elə bundan sonra da separatçı rejim nümayəndələri maskalarını cıraraq kartları açıq oynamağa başladılar. Belə ki, Ruben Vardanyandan sonra tanınmamış “DQR”in “dövlət naziri” postuna gətirilən Qurgen Nersisyan da sələfləri kimi separatçı çıxışlar edərək Qarabağın erməni icmasının Azərbaycanın yurisdiksiyası altına keçməyəcəyini bəyan etdi. Əslində, onlara bu sözü dedirdənlərin kim olduğu gün kimi ortadadır, lakin “peşka” rolu oynayan Qarabağdakı terrorçu rejim, əlbəttə ki, ağalarının əmrini öz adı ilə yerinə yetirmək mükəlləfiyyətinə məcburdur.
Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan bu ölkədə yaşayan erməni icması ilə görüşlərdə də “nə şiş yansın, nə kabab” prinsiplərinə əməl edərək bildirmişdi ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin təmin edilməsi məsələsində Azərbaycanla danışıqlar aparır və bu siyasət Ermənistan siyasi hakimiyyəti üçün prioritet bir məsələdir. pizza sifarişi
Diqqət etsək, görərik ki, Ermənistan istəblişmenti tərəfindən artıq “öz müqəddəratını təyinetmə” ifadəsi istər daxili, istərsə də xarici arenalarda səslənmir. Bunun səbəbi isə sadədir: ötən il Nikol Paşinyan Ermənistan Milli Məclisində çıxışı zamanı bir məsələni etiraf etmişdi. Baş nazir reallığın acısını qəbul edərək bildirmişdi ki, bir sıra Avropa institutları və Qərb Qarabağ məsələsi ilə bağlı Ermənistan hakimiyyətinə gözləntilərini aşağı salması barəsində təkliflər, hətta daha dəqiq desək, tələblər irəli sürüb.
Elə bu kontekstdə kor tutduğunu buraxmaz deyən Qarabağ separatçıları İrəvanın Qarabağ siyasəti ilə bağlı modelinin dəyişdiyini bilsələr də, çox güman bölgədən zəli kimi yapışan Kremlin istəklərini yerinə yetirməyə məcbur qaldıqları üçün belə sərsəm bəyanatlar irəli sürürlər.
Fikir versək, görərik ki, burada sıravi Qarabağ ermənilərin adından söz getmir. Ona görə ki, sadə Xankəndi ermənisi üçün belə bir rejimin təzyiqi altında gələcəkdə heç bir perspektiv vəd etməyən bir vəziyyətdə yaşamaq heç də ürəkaçan deyil. 90-cı illərdə “Miatsum” faşist ideologiyası ilə əlinə silah alıb millətimizə qənim kəsilən şurtvatslar artıq bu xəstə ideologiyanın onlara heç nə vəd etdiyini görürlər.
İndiki mərhələdə isə Azərbaycanın yeganə problemi nə Rusiya, nə də Ermənistanladır. Hətta bu siyahıdan Qarabağ ermənilərini də çıxarmalıyıq, çünki ölkə başçısı dəfələrlə bu barədə bildirib ki, Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır və onlarla dialoq qurub-qurmamaq məsələsi bilavasitə bizim şəxsi məsələmizdir.
Bizim burada yeganə problemimiz, hətta istər bölgədən qanunsuz erməni silahlılarının çıxarılması, istərsə də Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması tələbini irəli sürəcəyimiz yeganə dövlət Rusiyadır. Çünki 3 il öncə özünü Qarabağa dürtüşdürən Rusiya üçün bu gün Qarabağ regionda, hətta “arxa bağçası” hesab etdiyi Cənubi Qafqazda yeni manevr deməkdir.
Sözsüz ki, Azərbaycan hakimiyyəti bu məsələdə gözləmə mövqeyindədir. Biz “rus ayı”sının Ukrayna çöllərində məğlubiyyətini gözləyirik. Ən yaxşı halda bu məğlubiyyət 2025-ci ilə qədər reallaşsa, o zaman bölgədə özünü “sülhün carçısı” sayan rusları ərazimizdən rahatlıqla çıxara bilərik.
Sadəcə, zaman və bir az səbr...
Rafi MÜSLÜMOV
Telegram kanalımız