Qarabağdan köçən ermənilər: Paşinyanı onlar devirəcək?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan köçən ermənilər: Paşinyanı onlar devirəcək?

Maraqlı

25 Sentyabr 2023 14:50 727


“Rusiya sülhməramlılarının müşayiəti altında Qarabağda yaşayan ermənilərin bir hissəsinin Ermənistana köçürülməsi hansısa xüsusi bir plan çərçivəsində ola bilər. Amma, ilki növbədə, onu qeyd etmək lazımdır ki, sülhməramlılar 2020-ci ildə bölgədə yerləşəndən sonra onların təkidi ilə bir çox erməni Qarabağa gətirilib məskunlaşdırılmışdı. O zaman Rusiyanın bu məsələ ilə bağlı öz məqsədləri vardı”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Müsahibimiz Rusiya sülhməramlıları vasitəsilə Qarabağdan Ermənistana köçürülən ermənilərin Paşinyan iqtidarının devrilməsində maşa rolu oynaması ehtimallarından söz açıb. pizza hut

Xatırladaq ki, bəzi siyasi analitiklər Rusiya sülhməramlılarının Qarabağdakı narazı elektoratın Ermənistana köçürülməsi məsələsindən söz açaraq, onların hakimiyyət çevrilişində istifadə edilə biləcəyini qeyd edib.

S. İskəndərovun fikrincə, bu dəfə də istisna deyil ki, ruslar Qarabağda yaşayan erməniləri Ermənistana Paşinyana qarşı etiraz mitinqində istifadə etsin: 

“Lakin düşünmürəm ki, bu amillər Paşinyanı hakimiyyətdən devirməyə yönəlib. Əlbəttə ki, Rusiya üçün Ermənistanda birbaşa Kremlin məsləhəti ilə oturub-duran bir fiqurun rəhbərlikdə olması daha məqbul olardı. Lakin indiki şəraitdə Moskva Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyil.  Sadəcə Qarabağdan aparılan ermənilər Paşinyanın siyasətində müəyyən dəyişikliklərin edilməsi üçün təzyiq vasitəsi kimi istifadə edilə bilər”.

Onun sözlərinə görə, Nikol Paşinyan nə qədər Qərbpərəst siyasətə meyllənsə də, istənilən halda Ermənistanın özündə Moskvanın geosiyasi maraqlarına xidmət edən dairələr kifayət qədərdir:

“Ümumiyyətlə isə tarixə ekskurs etsək, Ermənistan heç vaxt Rusiyaya sadiq olmayıblar, əksinə, hər zaman Moskvadan yararlanmağa çalışıblar. Əlverişli məqam düşən kimi isə onu arxadan vurmağa hazır olublar”. 

Siyasi şərhçi sual edib ki, bəs nəyə görə Moskva hazırda Paşinyanın hakimiyyətdən devrilməsində maraqlı deyil:

“Biz bilirik ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsinin bütün müddəaları altında məhz Paşinyanın imzası var. Rusiya da konkret olaraq həmin bəyannamədə ehtiva olan maddələrin məhz Paşinyan tərəfindən həyata keçirilməsinə nail olmayana qədər onun hakimiyyətdən getməsini istəməyəcək. Bu dəqiqə nə Qərb, nə də Rusiya Ermənistanda konkret dövlət çevrilişində maraqlı deyil. Qərb ona görə istəmir ki, Moskvanın dəstəklədiyi bir nəfər gətirilə bilər, digər tərəfdən isə Rusiya da hakimiyyət çevrilişdə maraqlı deyil ki, Paşinyandan daha Qərbpərəst bir fiqur hakimiyyətə gələ bilər. Bu da Rusiyanın Paşinyana etdiyi təzyiqlərini effektini azalda bilər. Çünki Qərbpərəst adam gəlib otursa, Rusiyanın Gümrüdəki bazaları çıxarıla bilər. Ona görə də nə Rusiya, nə də Qərb hakimiyyət çevrilişdə maraqlı deyil”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!