Qarabağdan köçən ermənilərin aqibəti necə olacaq? - Paşinyan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan köçən ermənilərin aqibəti necə olacaq? - Paşinyan danışdı

Rəsmi

12 Oktyabr 2023 14:43 3971


“Əgər Qarabağdan köçən sıravi ermənilər öz evlərinə qayıtmaq istəməsələr, onların Ermənistanda qalmaları üçün hər şey ediləcək. Biz Dağlıq Qarabağdakı qardaş və bacılarımızın ehtiyaclarına Ermənistan vətəndaşları kimi qayğı ilə yanaşırıq və bu faktı vurğulamaq istəyirəm”. 

Yenisabah.az xəbər verir ki, bu barədə bir müddət əvvəl Baş nazir Nikol Paşinyan hökumətin növbəti iclasında bildirib. 

“Dağlıq Qarabağın əhalisinin azaldılması heç vaxt bizim planlarımızın və siyasi istəklərimizin gündəmində olmayıb, hətta böhranın idarə olunması məntiqinə görə, edilənlər praktiki olaraq günlər və saatlar ərzində həyata keçirilib”.  Sezar pizza

Xatırladaq ki, Baş nazirin bu açıqlamasına baxmayaraq, bir sıra erməni mətbuatı N.Paşinyanı separatçılarla gizli münaqişədə ittiham edib. Bundan əlavə, erməni KİV yazır ki, Ermənistan hakimiyyəti qondarma “Artsax”a aid olan 3.1 milyard dram pulun dondurulmasında və Qarabağdan Ermənistana gələn sıravi ermənilərə sosial müavinətlərin verilməməsində maraqlıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!