"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununa çıxıb.
Yenisabah.az xəbər verir ki, ilk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi matçın ilk dəqiqəsində azarkeşlərə şok yaşadıb. Qonaqların hesabı açması gözlənilməz olsa da, "Qarabağ" 5 qol vuraraq möhtəşəm qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda bu mərhələdə İsveçrə "Sürix"i ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 20-də Bakıda, cavab matçı isə bir həftə sonra İsveçrədə olacaq. pizza sifarişi
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
Cavab oyunu
20:00. "Qarabağ" - "Lex" - 5:1
Qol: Kadi, 14, 74, Ozobiç, 42, Medina, 56, Abbas Hüseynov, 77 - Velde,
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:1
Telegram kanalımız