“Qarabağ”dan növbəti transfer - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan növbəti transfer - Rəsmi

İdman

20 İyun 2025 21:45 644


"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Yenisabah.az xəbər verir ki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.

24 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək. Toyuqlu pizza

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!