“Qarabağ“dan yeni rekord

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“dan yeni rekord

İdman

30 Oktyabr 2019 16:03 1200


“Qarabağ” Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. 

"Yeni Sabah" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib.

1:0 hesabı ilə qalib gələn ağdamlılar ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün heç bir görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb.  Toyuqlu pizza

2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib. Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur.

Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!