APOEL-in (Kipr) iki futbolçusunun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la (Azərbaycan) ev oyununu buraxacağı dəqiqləşib.
“Yeni Sabah” xəbər verir ki, bu futbolçular Tomas de Vinsenti və Roman Bezyakdır. Onların oyunda iştirak etməməsinə səbəb zədədən sonra bərpa prosesinin hələ də davam etməsidir.
Komandanın digər zədəli futbolçusu Antonio Yakoliş isə tam sağalıb. Nikosiya təmsilçisinin baş məşqçisi Tomas Dollun şans verəcəyi təqdirdə o, Ağdam klubuna qarşı oynaya biləcək. pizza sifarişi
Xatırladaq ki, Tomas de Vinsenti bu komandalar arasında keçirilən Bakıdakı görüşü də buraxmışdı. O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda keçirilən “Qarabağ” – APOEL matçında penaltidən fərqlənib.
Roman Bezyak isə, Bakıdakı matçda 76-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, APOEL – “Qarabağ” matçı noyabrın 7-sində oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 21:55-də keçiriləcək.
Telegram kanalımız