“Qarabağ”ı udmaqla əla iş görmüş olduq” – “Linfild”in futbolçusu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ı udmaqla əla iş görmüş olduq” – “Linfild”in futbolçusu

İdman

28 Avqust 2019 14:32 1017


Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Avropa Liqasının play-off mərhələsində “Qarabağ”la keçiriləcək oyun haqqında danışıb.

“Yeni Sabah” "belfasttelegraph.co.uk”a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi tarix yazmağın puldan da önəmli olduğunu bildirib: 

“Bizimçün “Linfild”in heyətində tarix yazmaq puldan daha önəmlidir. Əvvəllər paltardəyişmə otağında Vinki Mörfi, Noel Bayli kimi futbolçular danışılırdısa, indi yalnız bizim haqqımızda danışırdılar. Bu çox gözəl hisdir. “Linfild”in tarixinə adımızı yazmaq istəyirik”.  pizza

Müdafiəçi ilk oyundakı nəticənin onların xeyrinə olduğunu söyləyib:

“Onları ilk oyunda məğlub etməklə əla iş görmüş olduq. Rəqibin yaxşı oyunçuları var. Buna şübhəmiz yoxdur. Həmçinin, biz də onlar üçün təhlükəli olmalıyıq. İlk oyunda əla nəticə qazandıq, komanda yoldaşlarımla fəxr edirəm”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək “Qarabağ” - “Linfild” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun “Linfild”in 2:3 hesablı qəbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!