Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandası bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, rəmzi komandada “Qarabağ”ın iki futbolçusu da yer alıb. Bunlar ispaniyalı yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silvadır. Hər iki futbolçu dünən Bakıda keçirilən “Qarabağ” – APOEL (2:2) matçında rəqib qapısının torunu silkələməyi bacarıb.
Qeyd edək ki, Dani Kintana Avroliqanın 2-ci turunda səfərdə baş tutan “Düdelanj” – “Qarabağ” (1:4) oyununda da 1 qol, 1 məhsuldar ötürmə etmiş və rəmzi 11-likdə yer almışdı. pizza
Telegram kanalımız