“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi Twitter hesabının üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
"Yeni Sabah"ın məlumatına görə, bu barədə İcmanın sədri Tural Gəncəliyev bildirib.
O, ictimaiyyətə yaranmış problemlə əlaqədar göstərdiyi dəstək və etdiyi çağırışlara görə təşəkkür ünvanlayıb. Sezar pizza
“Gələcəkdə İcmamıza qarşı bu kimi halların davam edəcəyini və İcmaya qarşı saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram”, - T.Gəncəliyev qeyd edib.
Telegram kanalımız