“Qarabağ“ın darmadağın etdiyi “Lex“in baş məşqçisi qovula bilər

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın darmadağın etdiyi “Lex“in baş məşqçisi qovula bilər

İdman

13 İyul 2022 12:24 877


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın mübarizədən kənarlaşdırdığı "Lex" baş məşqçisi Con van den Bromla yollarını ayıra bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Polşanın "Voetbalbelgie" nəşri məlumat yayıb. 

Klub rəhbərliyinin niderlandlı mütəxəssin işindən narazı olduğu bildirilib. Komandanın Polşa Superkubokunda və "Qarabağ"a ötən gün 1:5 hesabı ilə uduzması Con van den Bromun istefasını gündəmə gətirib. pizza

Qeyd edək ki, iyunun 16-da baş məşqçi təyin olunan Con van den Bromla 2 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, "Qarabağ" səfərdə "Lex"ə uduzsa da (0:1), Bakıda 5:1 hesablı qələbə qazanaraq 2-ci mərhələyə yüksəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!