“Qarabağ”ın futbolçusu Avropa Liqasının 5-liyində 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın futbolçusu Avropa Liqasının 5-liyində 

İdman

26 Oktyabr 2019 08:19 928


Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra statistik göstəriciləri açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda dəqiq ötürmə edən oyunçular siyahısında 5-ci yerdə qərarlaşıb. Braziliyalı futbolçunun 246 ötürməsindən 219-u dəqiq alınıb. Almeyda 89 faiz dəqiqliklə çıxış edib. İlk pillədə isə "Sevilya"nın (İspaniya) müdafiəçisi Jul Kunde qərarlaşıb. Fransalı futbolçu 303 ötürməsindən 295-ini dəqiq yerinə yetirib.

Xatırladaq ki, Bakıda keçirilən “Qarabağ” – APOEL (Kipr) matçı 2:2 hesablı bərabərliklə başa çatıb. Komandalar arasındakı cavab qarşılaşması 7 noyabrda keçiriləcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!