“Qarabağ“ın oyunlarının başlama saatı dəyişdi - Avroliqada

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın oyunlarının başlama saatı dəyişdi - Avroliqada

İdman

27 Oktyabr 2019 18:24 1316


Bu gün, oktyabrın sonuncu bazar günü bir çox Avropa ölkəsinə qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib.

"Yeni Sabah" xəbər verir ki, bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında avtomatik dəyişilik olacaq.

Məsələn, bundan sonra Çempionlar Liqasının və Avropa Liqasının Avropa ölkələrində keçiriləcək oyunları bu mövsümdə bu günə qədər olduğu kimi, Bakı vaxtı ilə saat 20.55 və 23.00-da deyil, 21.55 və 00.00-da başlanacaq. Bu proses gələn həftədən başlayaraq gələn ilin martın son bazar gününə, Avropada yay vaxtına keçid olana qədər davam edəcək. Dominos pizza

Bu, Avroliqanın qrupunda yarışan "Qarabağ"ın səfər oyunlarına da təsir edəcək. Ağdam klubunun APOEL-lə səfər matçı Bakı vaxtı ilə saat 21.55 (7 noyabr), "Sevilya" ilə görüşü isə 00.00-da (29 noyabr, İspaniyada 28 noyabr) başlanacaq.

Xatırladaq ki, Azərbaycanda qış və yay vaxtına keçid ləğv olunub. /qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!