“Qarabağ”ın Lüksemburqdakı oyunundakı bayraqla təxribatından başqa daha bir insident üzə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, matçın keçirildiyi “Jozi Bartel” stadionunun dayanacağında oğurluq olub.
Matç məlum erməni təxribatına görə yarımçıq dayandırıldığı zaman oğrular dayanacağın 3-cü mərtəbəsinə daxil olaraq avtomobillərin şüşələrini sındırıblar. Maşınlardan pul və bahalı əşyaları oğurlayıblar. Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb. pizza hut
Qeyd edək ki, Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” (1:4) oyununda dronla qondarma rejimin bayrağı meydançanın üzərində uçurdularaq təxribat törədilib.


Telegram kanalımız