“Qarabağ“ın oyunundan əvvəl insident –   Baş məşqçiyə etiraz etdi, ara qarışdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın oyunundan əvvəl insident – Baş məşqçiyə etiraz etdi, ara qarışdı - Foto

İdman

25 Oktyabr 2019 10:07 1145


“Qarabağ”la Bakıda keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçından əvvəl Kipr APOEL-inin düşərgəsində münaqişə yaşanıb.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, qonaqların futbolçusu Musa Əl-Tamari oyunöncəsi məşqdə start heyətində yer almayacağını biləndən sonra baş məşqçi Tomas Dolla sərt etiraz edib.

Ertəsi gün isə 22 yaşlı iordaniyalı hücumçu komandanın səhər toplantısına qatılmayıb. Bundan hiddətlənən Doll Tamarini heyətdən kənarlaşdırıb. Dördpendirli pizza

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Qeyd edək ki, A qrupunda 3 turdan sonra İspaniya “Sevilya”sı 9 xalla liderdir. “Qarabağ” 4 xalla 2-ci, Lüksemburq “Düdelanj”ı 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!