İtaliya mediası Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin bu gün Bakıda keçiriləcək “Qarabağ” - "Lex" cavab oyunu (ilk oyun - 0:1) haqda yazıb.
Yenisabah.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşri qeyd edib:
Bakıda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsini adlamaq istəyən “Qarabağ”ın oyunu üçün hər şey hazırdır. "Doğma azarkeşlər önündə olacaq klub polşalıların İshakın qolu sayəsində 1:0 hesabı ilə qalib gəldiyi “Lex”lə ilk oyunun nəticəsindən sonra hesabı öz xeyrinə dəyişdirməyə çalışacaq. Polşa çempionu ilk sınağından qalib ayrılıb və hazırkı üstünlüyünü qorumalıdır. "Lex" cavab oyunu öncəsi rəqibi ilə müqayisədə daha yorğundur. Komanda şənbə günü Superkubok matçında "Rakov"la oynayıb və uduzub (0:2). Con van den Brom komandası üçün bu, 7 gün ərzində 3-cü oyun olacaq. Pepperoni pizza
Bakı “Qarabağ”ın qalasıdır. Azərbaycan klubunun öz meydanında sonuncu məğlubiyyəti fevralın 24-də Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə matça (0:3) təsadüf edib. Bu, prinsipcə, Poznana son səfərə qədər avrokubokda sonuncu oyun idi. Ötən mövsüm Qurbanovun komandası asanlıqla çempionluq qazanıb, həm də ölkə kubokunu penaltilər seriyasında “Zirə”yə qalib gəlib. Konfrans Liqasında “Qarabağ” “Bazel”dən sonra ikinci yeri tutaraq qrup mərhələsini adladı və yalnız bundan sonra fransızlara məğlub olub".
Telegram kanalımız