"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-də baş məşqçi Tomas Dolla klub rəhbərliyi arasında gərginlik höküm sürür.
“Yeni Sabah” xəbər verir ki, klub prezidenti Prodromos Petridesin komandaya köməkçi-məşqçi təyin etməsi T.Dollda narazılıq yaradıb. Alman mütəxəssis ölkə çempionatında "Nea Salamis"lə matçdan (3:0) sonra məşqçi heyətindən razı qaldığını və əlavə köməkçiyə ehtiyac duymadığını bildirsə də, onun sözlərinə məhələ qoyulmayıb.
Bundan sonra T.Doll istefa ərizəsini kluba təqdim edib, lakin Nikosiya təmsilçisi məsələyə yenidən baxılacağını bildirib. Marqarita pizza
Qeyd edək ki, APOEL Avroliqanın qrup mərhələsinin 4-cü turun noyabrın 7-i "Qarabağ"ı qəbul edəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Telegram kanalımız