“Qarabağ“ın sabiq futbolçusu 43 yaşında vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın sabiq futbolçusu 43 yaşında vəfat etdi

İdman

03 Avqust 2022 16:31 1012


Latviya millisinin məşhur oyunçularından olmuş, bir vaxtlar Azərbaycanda “İnter” (hazırkı “Şamaxı"), “Qarabağ” və "Simurq"da çıxış edən Andrey Rubins vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

43 yaşlı keçmiş yarımmüdafiəçi bu gün qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi haqda hələlik məlumat verilməyib. Sezar pizza

Qeyd edək ki, Andrey Rubins Latviya millisində ən çox oyun keçirən (117 matç) iki futbolçudan biridir. O, “Avro-2004”ün final mərhələsinin iştirakçısı olub.

Rubins 4 il müddətində Azərbaycanda çıxış edib. O, “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) oynayıb. 2012-ci ildə karyerasını başa vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!