“Qarabağ”ın sabiq futbolçusu ağır durumda - Yemək almağa belə pulu yoxdur - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın sabiq futbolçusu ağır durumda - Yemək almağa belə pulu yoxdur - Foto

İdman

27 Noyabr 2019 10:41 1134


Bir vaxtlar Azərbaycanda çıxış etmiş latviyalı futbolçu Andrey Rubins həyatı ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, vaxtilə ölkəmizdə “İnter” (hazırkı “Keşlə” – Red.), “Qarabağ” və “Simurq”da (fəaliyyətini dayandırıb – Red.) klubunun şərəfini qoruyan 41 yaşlı keçmiş yarımmüdafiəçi ağır vəziyyətdə yaşayır.

Bu barədə “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons məlumat yayıb: “Onun millidəki əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda bizim Rubins yaşamaq üçün pul tapa bilmir”. Dominos pizza

Mixelsons sabiq futbolçunun bank hesabının nömrəsini də yazaraq ona kömək göstərilməsini xahiş edib.

Qeyd edək ki, Latviya millisinin məşhur futbolçularından olan A. Rubins 2012-ci ildə karyerasını başa vurub.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!