“Qarabağ”ın sabiq futbolçusu “Neftçi”də - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın sabiq futbolçusu “Neftçi”də - Foto

İdman

02 Sentyabr 2019 12:03 1475


“Qarabağ” klubunun  sabiq futbolçusu Emin Mustafayev özünə yeni klub tapıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

29 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, “Neftçi” ilə anlaşıb. Paytaxt təmsilçisi ilə müqavilə imzaladığı yerdə çəkilən şəklini yayan E. Mustafayev yeni klubunda məşqçi kimi çalışacağını qeyd edib. pizza mizza

“Məşqçi olaraq ilk peşəkar müqaviləmiz. Allah utandırmasın. Amin”, - deyə E. Mustafayev Bakı klubunun əsas, yaxud aşağı yaş qrupları üzrə komandalarında çalışacağını açıqlamayıb.

Qeyd edək ki, 2004-2007, 2007-2010 və 2012-2013-cü illərdə “Qarabağ”da olan Emin Mustafayev MOİK, “Sumqayıt”, “Rəvan” kimi klublarda da çıxış edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!