“Qarabağ”ın sabiq futbolçusu təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın sabiq futbolçusu təşəkkür etdi

İdman

05 Fevral 2025 17:43 227


"Qarabağ"dan ayrılaraq "Ferensvaroş"a keçən Julio Romao Ağdam təmsilçisi ilə vidalaşıb.

Yenisabah.az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi Azərbaycan xalqına və kluba təşəkkür edib: 

"Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəyəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!" Pepperoni pizza

2022-ci ildən "Qarabağ"da çıxış edən Romao bu müddət ərzində 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Bundan sonra Julio Ramao Macarıstanın "Ferensvaroş" klubunda forma geyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!