“Qarabağ“ın ulduzu “Sürix“lə ilk oyunu buraxacaq - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın ulduzu “Sürix“lə ilk oyunu buraxacaq - FOTO

İdman

15 İyul 2022 18:11 1226


"Qarabağ"ın zədəli futbolçusu Qara Qarayevin durumuna aydınlıq gəlib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, bildirib ki, 29 yaşlı yarımmüdafiəçinin əzələsində 1-ci dərəcəli dartılma aşkarlanıb və futbolçu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə ilk oyunda meydana çıxmayacaq: 

"Qara Qarayev bu gün MRT müayinəsindən keçdi. Onda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb. Yaxın bir neçə gün ərzində bərpa prosesi keçəcək. Bundan sonra tam şəkildə deyil, tədricən komanda ilə məşqlərə başlayacaq. "Sürix"lə ilk matçı buraxacaq". pizza mizza

Qara Qarayev Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununda da (5:1) iştirak etməmişdi.

Qeyd edək ki, "Qarabağ"la "Sürix" arasında ilk matç iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab oyunu isə iyulun 27-si İsveçrədə olacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!