“Qarabağ”ın yay transfer dönəmində heyətinə qatdığı futbolçular ilk oyunlarından komandaya xeyir verib.
“Yeni Sabah” xəbər verir ki, “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Dundalk”la cavab qarşılaşmasında 2 qola imza atıb.
Brazilyalı futbolçu Ailton Silva da “Dundalk”la cavab matçında fərqlənməyi bacarıb. Dördpendirli pizza

Fransalı hücumçu Maqaye Qeye isə meydanda olduğu 3 matçda 2 qola imza atıb. Belə ki, legioner Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL ilə səfərdə keçirilən qarşılaşmasında meydana daxil olan kimi rəqib qapısına yol tapıb. Futbolçu digər qolunu isə dünən səfərdə keçirlən “Linfild” – “Qarabağ” matçında penaltidən vurub.
“Qarabağ”ın yeni transferi Faysal Rerras da “Linfild”lə səfər oyununda fərqlənib. O, Qarşılaşmanın 15-ci dəqiqəsində rəqibin qapı torunu silkələməyi bacarıb.

Telegram kanalımız