“Qarabağ”la matç öncəsi “Sevilya”da ciddi itki

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”la matç öncəsi “Sevilya”da ciddi itki

İdman

25 Noyabr 2019 08:50 1038


Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Sevilya” ciddi itki ilə üzləşib. 

“Yeni Sabah” xəbər verir ki, komandanın kapitanı Xesus Navas sıradan çıxıb. Futbolçu La Liqanın 14-cü turunun "Valyadolid"lə səfər oyununda ayaq əzələsini dartıb. Bu səbəbdən yarımmüdafiəçinin qarşıdakı bir neçə oyunu buraxacağı deyilir. 

İspaniya təmsilçisinin baş məşqçisi Xulen Lopetegi qarşılaşmadan sonra verdiyi açıqlamada Navasın zədəsinə konkret müayinədən sonra aydınlıq gələcəyini bildirib. Onun “Qarabağ”la görüşdə meydana çıxıb-çıxmayacağı hələki dəqiq deyil. Dördpendirli pizza

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!