““Qarabağ“la oyun faydalı sınaq oldu“ - Rəqib baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

““Qarabağ“la oyun faydalı sınaq oldu“ - Rəqib baş məşqçi

İdman

30 İyun 2022 13:24 843


"Qarabağ"la oyun bizim üçün faydalı sınaq oldu".

Yenisabah.az xəbər verir ki, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının baş məşqçisi Laslo Balint Avstriyada "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.

43 yaşlı rumıniyalı mütəxəssis hazırlığın fərqli mərhələsində olan və Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan səviyyəli komanda ilə oynadıqlarını bildirib: "Yaxşı qol imkanlarımız oldu ki, onların birindən yararlana bildik. Bu matçdan yaxşı siqnallar aldım". pizza mizza

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama matçlarında Rumıniyanın digər təmsilçisi "Botoşani"ni 4:0 hesabı ilə darmadağln edib, Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə isə heç-heçəyə razılaşıb - 2:2.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!