Azərbaycan çempionu “Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşacağı Lüksemburqun “Düdelanj” klubunun bazasından oğurluq olub.
“Yeni Sabah” xəbər verir ki, bu haqda “Lequotidien” nəşri məlumat yayıb.
Bildirilir ki, naməlum şəxslər sentyabrın 30-na keçən gecə paltardəyişmə otağından 27 cüt buts, eləcə də bir neçə futbolka, şort və digər idman aksessuarları oğurlayıb. Polis hadisə ilə bağlı araşdırma aparır. Sezar pizza
Qeyd edək ki, bu gün keçiriləcək “Düdelanj” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.
Telegram kanalımız